Moskva məhkəməsi “Qara şəhər”in müəllifi barədə həbs qərarı verdi

Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə yazıçı Qriqori Çxartişvilini (Boris Akunin) qiyabi həbsi barədə qırar çıxarıb.

Yenicag.az xəbər verir ki, Rusiyada saxlandığı və ya ekstradisiya edildiyi andan etibarən o, 2 ay müddətinə həbs cəzası çəkəcək.

Boris Akunun qiyabi olaraq terrorçuluq fəaliyyətinə açıq çağırışlarda (Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) və Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda ittiham olunub. O, beynəlxalq axtarışdadır.

Yazıçı barədə cinayət işi ötən ilin dekabr ayında açılıb. O, yanvarın 12-də xarici agent kimi tanınıb.

Xatırladaq ki, B. Akunun Azərbaycanda da tanınan yazıçı və “Qara şəhər” romanının müəllifidir.

 

COP29