Moskva Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyasının praktiki mərhələsinin başlanmasını izləyir.
Yenicag.az xəbər verir ki, bu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlayıb.
Diplomat bunun regional sabitlik üçün vacib olduğunu qeyd edib: “Rusiya tərəfi sərhədin demarkasiyası ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllini dəstəkləyir. Biz güman edirik ki, sazişlər sabit, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalı və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır.
Moskva Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər əsasında sərhədlərin demarkasiyası məsələsində tərəflərə mütəmadi olaraq məsləhətçi yardım göstərməyə hazır olduğunu təsdiqləyir”./unikal