!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskva” univermağında 1000-ə yaxın mağaza bağlandı- Aksiya keçirilib

!Reklam – Yazi

240-300x225“Moskva” univermağında icarə haqlarının yüksək olmasına etiraz olaraq keçirilən aksiyanın nəticəsi olmayıb. Belə ki, univermağın sahibəsi Elmira Mədətova etirazçılara “yox” deyib.
Bu məlumatı musavat.com-a univetmaqda çalışanlar verib.

Qızıl alveri ilə məşğul olan Aliyə Əliyeva bildirib ki, icarə haqlarının azaldılması üçün rəhbərliyə daha əvvəl də müraciət edilib. Lakin “yox” cavabı verilib. Bundan sonrada aksiya keçirilib. Yenə də nəticə əldə edilməyib.

A.Əliyevanın sözlərinə görə, univermaqda 1000-ə yaxın mağaza var. Onların 90 faizi bu gündən bağlanıb. Rəhbərlik razılaşmadığı üçün mağazalar açılmayıb.

“İcarə haqqı 2000 manatdır. Ölkədəki vəziyyət məlumdur. Devalvasiyadan sonra alver yoxdur. Öz cibimizdən icarə haqqı veririk. Razılaşmadıqları üçün mağazaları açmayacağıq”- deyə A.Əliyeva qeyd edib.

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv