Moskva və Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.

Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.

Yenicag.az

COP29