Moskvada 3 yaşlı azərbaycanlı uşaq beşinci mərtəbədən yıxılıb

Moskva şəhərində azərbaycanlı ailənin 3 yaşlı oğlu pəncərədən yıxılıb.

Hadisə ötən gün baş verib. Beşinci mərtəbədən pəncərədən yıxılan uşaq ciddi bədən xəsarətləri alıb.

Hadisə zamanı uşağın anası evdə olub. Küçədən keçən şahidlərin bildirdiyinə görə, uşaq ağcaqanaddan qorunmaq üçün pəncərəyə vurulmuş toru itələyib və yerə düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Hazırda uşaq reanimasiya şöbəsindədir, həkimlər vəziyyətinin çox ağır olduğunu bildirirlər.

Məlum olub ki, uşağın ailəsi həmin evdə yaşamır, dostlarıgilə qonaq gəlib.(APA)

Yenicag.az