Moskvada 40-dan artıq reys təxirə salındı və ya gecikir – SƏBƏB

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 40-dan artıq reys təxirə salınıb və ya gecikir.

Yenicag.az-ın məlumatına görə, saat 02:46 üçün “Vnukovo” hava limanında 1 reys gecikir, 6 reys təxirə salınıb, “Domodedovo” hava limanında 4 reys gecikir, 7 reys təxirə salınıb, “Şeremetyevo” hava limanında isə 26 reys gecikir.

Bildirilir ki, reyslərin təxirə salınmasına və gecikməsinə hava şəraiti səbəb olub./Trend/