Moskvada keçiriləcək 9 may paradına qatılmağı planlaşdıran dövlət başçılarının sayı artır.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, sözügedən paradda Belarus Prezidenti Aleksandr Lukaşenkodan başqa daha bir neçə postsovet ölkəsi rəhbərinin iştirak edəcəyi bildirilir.
Məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan parada qatılacaqlarını təsdiqləyiblər.
Qazaxıstan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Qasım-Jomart Tokayev mayın 8-9-da Moskvaya işgüzar səfəri çərçivəsində 9 may paradına da qatılacaq.
Bildirilir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun da paradda iştirak məqsədilə Moskvaya gələcəyi gözlənilir.