Moskvada atışma – Yaralılar var

Moskvanın cənubunda atışma olub.

Yenicag.az xəbər verir ki, atışma zamanı 2 nəfər yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Tərəflər arasında əvvəlcə mübahisə düşüb, daha sonra isə silahlı davaya çevrilib. Əsasən travmatik tapançadan atəş açılıb.

Polis hazırda insidenti törədənləri axtarır.

Hadisənin səbəbləri araşdırılır./qafqazinfo/