Moskvada Azərbaycana qarşı ikinci “Stepanakert KVN-i” təxribatı – Fotofakt

Rusiyada növbəti erməni təxribatı ilə üz-üzəyik. Belə ki, 16 fevralda qonşu ölkənin paytaxtında keçiriləcək “Moskva və Moskva ətrafı Festival”a qondarma rejimin komandası da qatılacaq.

Yeniçağ.Az xəbər verir ki, Qarabağdakı separatçı rejim yarışa “Çörək və duz” erməni KVN komandasını göndərib.

Bu barədə onların yaydığı tanıtım filmində xəbər verilir. Komanda Stepanakerti təmsil etdiklərini də xüsusilə vurğulayıb.

Qeyd edək ki, bu ermənilərin bu ilki ikinci KVN təxribatıdır.

Yeniçağ.Az