Moskvada azərbaycanlı diplomatı döydülər – VİDEO

Russia, Moscow, type to the Moscow Kremlin and the river

Moskva polisinə Azərbaycanın səfirlik əməkdaşına hücum edilməsi barədə məlumat daxil olub.

AzVision.az “Lifenews”a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü polisə məlumat verib.

O, taksi sifariş etdiyini, lakin yolda gedərkən hücuma məruz qaldığını qeyd edib. Kimliyi hələlik bilinməyən şəxs Moskvanın Konyuşkovski küçəsində azərbaycanlı diplomata bədən xəsarətləri yetirilib.

“Təcili yardım çağırılıb. Zərərçəkənin Azərbaycan səfirliyinin əməkdaşı olduğunu iddia edir”,- deyə bildirilib.

Digər bir məlumatda hücuma məruz qalan şəxsin konsulluq əməkdaşı olduğu qeyd edilir. Hazırda faktla bağlı araşdırma aparılır.

 

https://youtu.be/bj1PLuGgarA