Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moskvada azərbaycanlı, erməni və rusiyalı ekspertlərin iştirakı ilə Qarabağa dair dəyimi masa - VİDEO

Reklam: Sinerji Pro

Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN) “Dağlıq Qarabağdakı münaqişənin 30 illiyi” adlı dəyirmi masa keçirilib.

Yenicag.az-ın Moskva bürosunun məlumatına görə, tədbir RUDN-nin Beynəlxalq Münasibətlər Fakültəsinin “Beynəlxalq Münasibətlər Nəzəriyyəsi və Tarixi” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycandan tədbirə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər tarixi kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov, Ermənistandan isə Yerevan Dövlət Universitetinin dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri Vaaqn Alqyan və universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi Roman Karapetyan qatılıblar.

Dəyirmi masanı giriş sözü ilə RUDN-nin beynəlxalq protokol idarəsinin rəisi, hüquq elmləri namizədi Yevgeni Martınenko açıb. O, çıxışında dəyirmi masanın “Rusiyanın MDB məkanında xarici siyasəti” adlı beynəlxalq elmi konfrans çərçivəsində keçirildiyini söyləyib. Daha sonra Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Y. Martınenko bu münaqişənin tez bir zamanda həllinin bütün MDB regionu üçün vacib olduğu bildirib.

Tədbirin moderatoru politoloq Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosessində” adlı məruzə ilə çıxış edib.

Daha sonra BDU-nun baş müəllimi Əlimusa İbrahimov çıxış edib. O, “Dağlıq Qarabağ: “münaqişənin regional inteqrasiya vasitəsi ilə həlli” adlı məruzəsində münaqişənin nizamlanmasının MDB çərçivəsində əməkdaşlığı gücləndirməklə mümkünlüyünü qeyd edib.

Rusiya Diplomatiya Akademiyasının dosenti Dmitri Sidirov “Ermənistandakı məxməri inqilabdan sonra Dağlıq Qarabağ münaqişəsi” adlı məruzəsi ilə çıxış edib. O, məruzəsində Ermənistan hakimiyyətinin və cəmiyyətinin qərb yönümlü olmasının Rusiyada çox böyük ağrı ilə qəbul edildiyini söyləyib. Bu məqamın Qarabağda münaqişənin eskalasiyasına səbəb ola biləcəyini vurğulayıb: “Sual yaranır ki, bəs, müharibə zamanı Ermənistanın təhlükəsizliyini kim təmin edəcək? Ermənistanla Rusiya arasında bir çox firikayrılıqları mövcuddur. Lakin hazırda Moskva ilə Yerevan arasında siyasi dialoq mövcuddur. O ki, qaldı Ermənistanda yeni hakimiyyətin Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə, fikrimcə, bu mövqe əvvəlki hakimiyyətin mövqeyindən daha sərt olacaq. Hesab edirəm ki, yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı nəsə irəliləyiş gözləmək yersizdir. Çünki Ermənistanın yeni hakimiyyəti danışıqlar prosesində Qarabağın tərəf kimi iştirak etməsini istəyir. Azərbaycan tərəfi isə bunun qətiyyən əleyhinədir”.

Siyasi ekspertin fikrincə, Ermənistanın yeni hakimiyyəti ölkə daxilindəki islahatları həyata keçirə bilməyəcəyi təqdirdə, siyasi sabitlik yenidən pozula bilər. Bu məqam isə Qarabağda münaqişənin alovlmasına gətirib çıxara bilər”.

Ermənistan tərəfindən tədbirdə çıxış edən Vaaqn Aqlyan “Qarabağ münaqişəsi ilə bağlı ABŞ və Rusiyanın eksper-analitik mərkəzləri” adlı məruzəsində əsasən ABŞ-dakı analitik mərkəzlərinin münaqişə ilə bağlı mövqeyini, apardığı araşdırmaları təqdimat şəklində dəyirmi masa iştirakçılarına çatdırıb.

Bundan başqa dəyirmi masada RUDN-nin müəllimləri, Konstantin Krıyov (“Ukraynanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi”) və Nataliya İvkina (Almaniyanın ekspert-analitik mərkəzlərinin tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsi) adlı məruzələri dinlənilib. Məruzəçilər müvafiq olaraq Azərbaycan-Ukrayna və Azərbaycan-Almaniya münasibətləri, bu ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycandan tərəf olduqlarını bildiriblər.

Fərid Əkbərov
Moskva

www.yenicag.az

3008
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100