Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.
Yenicag.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
İlkin ehtimallara görə, qətl sifarişlə yerinə yetirilib. O, yaxın məsafədən güllələnib. Meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunan kişinin adı açıqlanmır. Amma qətlin sifariş xarakterli, ölən şəxsin də Azərbaycan vətəndaşı olduğu qeyd olunur.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti faktı təsdiq etsə də, hadisənin təfərrüatları barədə danışmayıb.