Moskvada bir sutkada 49 nəfər koronavirusdan öldü

Rusiya paytaxtında Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 49 nəfər dünyasını dəyişib.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6058-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 367 629 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 5376 nəfər təşkil edib. Ümumilikdə 275 648 xəstə sağalıb.