!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib

!Reklam – Yazi

unnamed-714 dekabrda Rusiyanın Moskva şəhərində Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib.

Təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili ulu öndər Heydər Əliyevin diasporun formalaşması və həmrəyliyi istiqamətində gördüyü işlərdən danışıb.

Toğrul Allahverdili “Dünya azərbaycanlılarının palitrası” kitabının da milli diasporun həmrəyliyi üçün atılan addım olduğunu deyib.

Daha sonra Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev çıxış edərək “Dünya azərbaycanlılarının palitrası” kitabının diasporumuzun mütəşəkkilliyinə yeni töhfə olduğunu deyib: “Bu kitab diasporumuzun bir-birini tanımasında naviqator rolunu oynayır. Kitab Azərbaycanda və xarici ölkələrdə ən yüksək səviyyədə rəsmi şəxslərə təqdim olunub”.

Ardınca “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov kitabın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu kitab digər gənc diaspor üzvlərinin də fəaliyyətinə stimul verəcək.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin müəllimi, professor Abuzər Bağırov da çıxış edərək müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təşəkkür edib.

Daha sonra Lətif Alnazarov, Validə Məmmədova və digərləri çıxış edərək kitabın diasporunun həmrəyliyi və əlaqələrinin qurulmasındakı rolundan danışıblar. Çıxışlarda kitabın yalnız gənclər diaspor fəallarından ibarət ikinci hissəsinin də çap olunması təklif olunub.

Tədbirdə kitabın İsveçrə universitetlərinin birindən təqdimat və müzakirəsinin olacağı qeyd olunub.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib. O qeyd edib dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə bu kitabı ərsəyə gətirib: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir. Kitab həmçinin diasporun təcrübə mübadiləsi etməsi baxımdan da əhəmiyyətlidir. Çünki burada soydaşlarımız görülmüş və görüləcək işlərdən danışırlar”.

Sonda kitab tədbir iştirakçılarına paylanılıb.

 

Yenicag.az

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv