Moskvada ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb

Rusiya paytaxtında ermənilərin Azərbaycana qarşı təxribat cəhdinin qarşısı alınıb.

Bu gün erməni diasporu tərəfindən Moskvanın nüfuzlu ali məktəblərindən sayılan “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetində erməni Vadim Aryutunovun “Bakı və Sumqayıt erməniləri. Nəticə” adlı mühazirəsi planlaşdırılıb.

Moskvadakı Azərbaycan diasporunun və ali məktəbin azərbaycanlı tələbələrin səyi nəticəsində tədbirin keçirilməsinin qarşısı alınıb. Ali məktəb rəhbərliyi ermənilərə tədbiri keçirməyə icazə verməyib.

Yeniçağ.az