Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava – VİDEO

Avqustun 1-də, Rusiyanın paytaxtı Moskvada erməni və özbək miqrantları arasında kütləvi dava baş verib. Davada 40-a yaxın adam iştirak edib.

Yenicag.Az-ın məlumatına görə, hadisə Yeni Moskvada inşa edilən “Buninskiye luqa” adlı yaşayış kompleksinin həyətində qeydə alınıb.

Məlumatına görə, dava iki tikinti briqadası arasında baş verib.

Qarşıdurmanın damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Miqrantlar əvvəlcə bir-birlərini təhqir ediblər. Sonradan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı tərəflər çəkic, balta və digər alətlərdən istifadə ediblər.

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. İnsidentlə bağlı araşdırma başlayıb.

Yenicag.Az

www.yenicag.az

243
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM