!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada evdən çıxmaq qadağan edildi

!Reklam – Yazi

Bu gündən etibarən Rusiya paytaxt sakinləri üçün ciddi evdə özünü təcridetmə rejimi tətbiq olunur.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Moskvanın meri Sergey Sobyanin verir.

Onun sözlərinə görə, COVID-2019-un geniş miqyaslı və sürətli yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər haqqında fərman imzalayıb: “Yaşından asılı olmayaraq, Moskvanın bütün sakinləri üçün evdə özünü təcridetmə rejimi tətbiq olunur.

Mənzildən çıxmağa yalnız təcili tibbi yardıma müraciət etmək, həyat və sağlamlıq üçün digər təhlükələr olduğu halda, iş üçün, ən yaxın mağazada alış-veriş etmək, heyvanları evdən 100 m-dən çox olmayan məsafədə gəzdirmək, zibilləri atmağa gedəndə hallarında icazə verilir.

Önümüzdəki həftə ərzində evə nəzarət və vətəndaşların hərəkəti üçün qurulmuş qaydalar sistemi quraşdırılacaq. Tədricən, lakin davamlı olaraq bu vəziyyətdə lazımlı nəzarəti gücləndirəcəyik”.

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv