Moskvada güclü qar səbəbiylə hava limanlarında reyslər ləğv edildi

Moskvada güclü qar yağması ilə əlaqədar hava limanlarında 20-dən çox reys ləğv edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, daha 10 reys isə ləngiyir.

“Vnukovo” hava limanında 14 reys təxirə salınıb. Daha 3 reys ləngiyib. “Domodedovo” hava limanında isə 7 reys təxirə salınıb, daha 4 reys ləngiyir. “Şeremetyevo” hava limanında 3 reysin ləngidiyi bildirilib.