Moskvada güclü yanğın – Helikopterlər cəlb olundu – Video

Moskvanın mərkəzində güclü yanğın olub.

Yeniçağ.az Rusiya Kiv-lərinə xəbər verir ki, hadisə əhalisi köçürülmüş köhnə binada qeydə alınıb. Şiddətli yanğın 3 min kvadrat metr ərazini əhatə edib və söndürülməsinə 3 saatdan çox vaxt sərf olunub.

Hadisə yerinə 50 ədəd yanğınsöndürmə-xilasetmə texnikası, 158 nəfər şəxsi heyət, eləcə də 2 ədəd helikopter cəlb olunub.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

 

Yeniçağ.az