Moskvada III Müstəqillik kuboku keçirildi

13330372_583499508485336_1995709471_nMoskvada Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibahı Fondu tərəfindən 28 May- Respublika Gününə həsr olunmuş “Müstəqillik kuboku” futbol turniri keçrilib. Rusiyada fəaliyyət göstərən “Məmmədəmin Rəsulzadə” Məclisinin dəstəyi ilə təşkil olunan turnirdə 12 komanda iştirak edib.

“Nart” ( Adıgeya) komandası üçünçü, “Bakı” komandası ikinci yeri tutub.  “Xalqlar dostluğu” universitetinin komandası olaraq “Müstəqillik” isə mini futbol turnirinin qalibi olub. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Mədəniyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev turnirdə iştirak edən komanda üzvlərinə minnatdarlığını bildirdi və 3-cü “MÜSTƏQİLLİK KUBOKU” futbol turnirinin uğurla başa çatdığını bildirdi.

Sonra isə Məmmədəmin Rəsulzadə Məclisinin rəhbəri Füzuli Fərəcov turnirin əhəmiyyətinə toxunub və Azərbaycanda futbola böyük diqqət ayrıldığını bildirib.

Fərqlənən futbolçularada diplomlar və medallar verilib. Ən yaxşı oyunçu Ramil Müslümov (Fond RVAK), ən yaxşı müdafiəçi Orxan Xanlarov (“Bakı”) və ən yaxşı qapıçı isə Müslümov Habil (“Bakı”) seçilib. Sonda xatirə şəkili çəkdirilib.

COP29