Azərbaycanda baş verən faciəyə görə, Rusiyadakı Azərbaycan təşkilatları da matəm elan edib. Yenicag.az xəbər verir ki, bu günə planlaşdırılan böyük konsert də təxirə salınıb. Tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyət və İncəsənət Studyası, keçiriləcək yer Ostankina Koralevski Zal olub.
Qeyd olunur ki, bu gün Azərbaycanın tanınmış müğənnisi Könül Kərimovanın iştirakı ilə böyük konsert və əyləncə proqramı nəzərdə tutulubmuş. Hazırda konsert proqramı üçün K.Kərimova da Moskva şəhərindədir.
Ancaq Azərbaycanda baş verən faciə ilə əlaqədar olaraq, təşkilatçılar konserti və bütün proqramı ay sonuna qədər təxirə salıblar.
Təşkilatçılar bu qərarı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı matəm qərarına görə, aldıqlarını bəyan ediblər.