Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 29 nəfər dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5343-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 300 613 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 2884 nəfər təşkil edib. Ümumilikdə 252 087 xəstə sağalıb.