Moskvada koronavirusdan 12 nəfər vəfat etdi

Ötən gün ərzində koronavirus səbəbindən Rusiyanın paytaxtı Moskva şəhərində 12 nəfər vəfat edib.

Yenicag.az xəbər verir ki, onlardan üçü 45 yaşdan gənc olub.

Ölənlərdə koronavirusla birgə pnevmoniya təsbit edilib.

Qeyd edək ki, Moskvada 6698 nəfər koronavirusa yoluxub, 313 nəfər xəstəlikdən sağalıb, 38 nəfər isə vəfat edib.