Rusiyanın paytaxtı Moskvada koronavirus və əlaqəli xəstəlikləri olan daha 71 xəstə 24 saat ərzində ölüb.
Yenicag.az xəbər verir ki, Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Bildirilib ki, paytaxtda sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı testlərin müsbət çıxdığı 71 xəstə vəfat edib.
Ümumilikdə, Moskvada koronavirusa yoluxması təsdiq edilən 1 503 nəfər ölüb.