!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada koronavirusdan ölənlərin sayı 100-ü keçdi

!Reklam – Yazi

Rusiya paytaxtında daha 11 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib. Bununla da şəhərdə virusdan ölənlərin sayı 106 nəfərə çatıb.

Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 testi müsbət nəticələnmiş 11 nəfər keçinib. Ölənlər 48-dən 86 yaşa qədər olan insanlardır. Xəstələrin hamısı paralel olaraq digər xəstəliklərdən – hipertoniya, pielonefrit, xroniki hepatit C və şəkərli diabetdən əziyyət çəkirdi. Onların üçündə xroniki bronxit də olub”, – qərargahın məlumatında belə deyilir.

Qeyd edək ki, Operativ Qərargahın məlumatına görə, bu günə qədər Rusiyada 21 102 nəfərdə koronavirus aşkarlanıb, belə ki, son sutkada daha 2774 nəfər bu virusun daşıyıcısına çevrilib. Ölkə üzrə ümumilikdə 170 nəfər də virusun qurbanı olub. Epidemiyanın başlanğıcından bəri 1694 nəfər sağalıb, 1,4 milyon insan COVID-19 testindən keçib.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv