Moskvada koronavirusdan ölənlərin sayı 4 389 nəfərə çatdı

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 14 nəfər koronavirusdan vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin koronavirusla ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından məlumat verilib.

Ümumilikdə şəhərdə koronavirusdan 4 389 ölüm hadisəsi, 236,6 mindən çox yoluxma halı qeydə alınıb. Sağalananların sayı isə 173 854 təşkil edir.