Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib”.
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb.