Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu Moskvada kütləvi iftar süfrəsi təşkil edib. Fonddan verilən məlumata görə, iftar süfrəsində Moskvanın Azərbaycan icmasının çoxsaylı nümayəndələri, ilahiyyatçılar, dindarlar, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə yanaşı digər millətlərin təmsilçiləri də iştirak etdilər.
İftar süfrəsi Quran qiraəti ilə başlayıb. Qonaqlar qarşısında çıxış edən tanınmış ilahiyyatçı Ağa Rəşid Talıblı İslam dininin üstünlüklərini və müsəlmanlar tərəfindən unudulmuş, əməl olunmayan istiqamətlərdən danışıb. AMİİF sədri Şamil Tağıyev isə qonaqları salamlayaraq, Azərbaycan diaspor təşkilatları ilə yanaşı, digər millətlərin də nümayəndələrinin bir arada olmasını iftarın elə əsas məqsədlərindən olduğunu qeyd edərək, Ramazan ayının birlik və dostluq ayı olduğunu vurğulayıb.