Moskvada MMA döyüşçüsünə hücum – İdmançı xəstəxanalıq oldu – VİDEO

MMA döyüşçüsü “Boroda” (“Saqqal”) ləqəbli Adam Yandiyev həmyerlisi rusiyalı MMA döyüşçüsü Sergey Xaritonova hücum edib. 

Yenicag.az xəbər verir ki, burnu sınan və başında ağır zədələnən idmançı Sergey Xaritonov xəstəxanaya çatdırılıb. Məlumatlara görə, Adam Yandiyev beşbarmaqla hücum edib.

Hazırda idmançıya tibbi yardım göstərilir. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. İdmançıya beyin silkələnməsi diaqnozu da qoyulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, 40 yaşlı Xaritonov karyerası ərzində 40 döyüş keçirib və bunlardan 32-də qələbə qazanıb. Sonuncu döyüşü noyabrın 8-də Dubayda britaniyalı Oli Tomsona qarşı olub. Həmin döyüşdə Xaritonov rəqibinə nokautla qalib gəlib.

https://www.youtube.com/watch?v=euITjSckq6Q
https://www.youtube.com/watch?v=p5aiENymyMs