Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Rəsul Mirzəyev dekabrın 31-də Moskvanın cənubunda hücuma məruz qalıb.
Bu barədə Yeniçağ.Az Oxu.Az-a istinadən məlumat verir.
“Üç naməlum şəxs idmançını döyüblər və travmatik tapançadan onu yaralayıblar, sonra isə hadisə yerini tərk ediblər”, – hüquq-mühafizə orqanlarının sözçüsü deyib.
O bildirib ki, insident Şərq küçəsində baş verib.
Polis faktı təsdiqləyib. Cinayətkarların axtarışı aparılır.
Yeniçağ.Az