“Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat verildi – Moskvada

Naməlum şəxslər Moskvada VDNX-dəki (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – red.) “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə məlumat veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə “TASS”a təcili xidmətlərdəki mənbə xəbər verib.

“XTNS-nin “Azərbaycan” pavilyonunda partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Yoxlama aparılır”, – deyə mənbə bildirilib.