!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskvada sərhədlərin delimitasiyası, Brüsseldə isə sülh sazişinin hazırlanması...” – ŞƏRH

!Reklam – Yazi

“Avropa İttifaqının Ermənistandan qərarların qəbulunu sürətləndirməyi tələb edəcəyini gözləmək olar”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də Brüsseldə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nizamlama prosesində sanki Rusiya ilə Avropa İttifaqı arasında bir iş bölgüsünün aparıldığı nəzərə çarpsa da, əlbəttə ki, ağırlıq daha çox Brüsselin üzərinə düşəcək:

“Avqustun 29-da Moskvada sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun da toplantısı keçiriləcək. Əgər Azərbaycan və Ermənistan heyəti anlaşa bilsə, o görüşdə sülh müqaviləisinin özəyini təşkil edəcək delimitasiya zamanı hansı xəritələrdən istifadə olunacağı müəyyənləşməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında avqustun 31-də Brüsseldə keçiriləcək görüşdə isə sülh müqaviləsinin hazırlanması, bununla bağlı işçi qrupun formalaşdırılması, bu sənədin ümumi konturları və kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəmir və şosse yolunun istifadəyə verilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Burada sanki Rusiya ilə Avropa İttifaqı arasında bir iş bölgüsünün aparıldığı nəzərə çarpsa da, əlbəttə ki, ağırlıq daha çox Brüsselin üzərinə düşəcək. Avropa İttifaqı bu prosesə həqiqətən, çox ciddi yanaşır. Bildiyiniz kimi, bərpa prosesi çərçivəsində Brüsselin Azərbaycan və Ermənistanın hər birinə təqribən iki milyard yarım avro həcmində maliyyə yardımı vədi də var.

Ona görə də Brüsselin tərəflərə, xüsusilə də Ermənistana təsir göstərmək üçün müəyyən rıçaqları var. Məlumdur ki, Ermənistan sülhyaratma prosesində hər zaman vaxtı uzatmağa və qeyri-konstruktiv davranmağa cəhd göstərir. Bu baxımdan, Avropa İttifaqının Ermənistandan qərarların qəbulunu sürətləndirməyi tələb edəcəyini gözləmək olar”.

A.Zeynalov

www.yenicag.az

330
Ads
www.veteninfo.com
!Reklam – Arxiv