Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Moskvada silahlı atışma - Ölənlər azərbaycanlı olub - TƏFƏRRÜAT

Rusiyanın paytaxtı “Novıe Çeryomuşki” metrostansiyası yaxınlığında silahlı atışma baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Ölənlərdən birinin cibindən “The Moscow Times” nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.

Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki “The Moscow Times” qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.

İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.

Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Report/

www.yenicag.az

1012