Moskvadakı Ostankino teleqülləsinin ziyarətçiləri bomba təhlükəsi səbəbindən təxliyə edilib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar nazirliyi məlumat yayıb.
“Hazırda təhlükəsizlik məqsədilə Ostankino qülləsinə gələn bütün ziyarətçilər təxliyə edilib”, – mesajda deyilir.
Təcili yardım xidmətləri və kinoloqlar hadisə yerindədir.