Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü keçirilə bilər

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü Moskvada baş tuta bilər.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO qərargahında mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə tərəfi məsləhətləşmələri davam etdirməyə razıdır və Rusiyadan dəvət gözləyir.