Moskvadakı partlayışın SİRR PƏRDƏSİ: Yanukoviçin mühafizəçisi, erməni batalyonunun qurucusu… – DETALLAR

Bazar ertəsi səhər Moskvada şimal-qərbdə yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Nəticədə bir nəfər ölüb, beş nəfər isə yaralanıb. Ciddi zərər çəkənlər arasında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə yaxın olan və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan da var. Bu barədə “İnterfaks” və “Kommersant” nəşrləri məlumat yayıb. Həmçinin, bir neçə digər zərərçəkənin adları çəkilib ki, onlardan biri də Sergey Şkryabatoskidir. O, 2014-cü ildə Ukrayna sabiq prezidenti Viktor Yanukoviçin mühafizəçiləri arasında yer alan şəxslərdən biridir nəşrlərin analizi bunu təsdiqləyir.

Yenicag.az xəbər verir ki, bu barədə KQB-NKVD “Telegram” kanalları məlumat yayıb.

Kanal sözügedən partlayışın siyasi motivlərini analiz edib.

Bildirilir ki, partlayış səhər saatlarında yaşayış kompleksinin girişində baş verib. “Kommersant”ın məlumatına görə, ehtimal olunur ki, partlayışın səbəbi əl qumbarası və ya onun əsasında hazırlanmış əl istehsalı partlayıcı qurğu olub.

“Baza” “Telegram” kanalı isə yazır ki, hücumun əsas hədəfi qondarma “Donetsk Xalq Respublikası” Boks Federasiyasının fəxri prezidenti və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan olub. Hansı ki, Ukrayna mətbuatı Yanukoviçin yaxın ətrafına aid edir.

Kanal yazır ki, “Arbat” və ya “Erməni batalyonu” Ukraynada müharibənin başlanmasından sonra yaradılmış bir bölmədir və “Redut” adlı Rusiya Müdafiə Nazirliyinə bağlı özəl hərbi şirkətin tabeçiliyində olan “Piyataşka” briqadasının tərkibinə daxildir.

2014-cü ildə Ukraynada baş verən “Avromaydan” zamanı Sarkisyan “tituşki” adlandırılan qruplaşmanı idarə edirdi ki, bu da batalyonun özü tərəfindən sonralar etiraf edilib. Sonuncu prosesdə isə “İnterfaks” və “Kommersant” Sarkisyanın öldüyü barədə məlumat versələr də, sonradan onun sağ olduğu açıqlanıb. “İnterfaks”ın mənbəyi isə bildirib ki, Sarkisyan xəstəxanaya yerləşdirilib və vəziyyəti çox ağır qiymətləndirilir. “112” “Telegram” kanalı isə məlumat verib ki, partlayış zamanı Sarkisyanın sol ayağı qopub və o, komadadır.

“Baza” və “Mash”ın məlumatına görə, Sarkisyanın 49 yaşlı mühafizəçisi Oleq Kaspereviç də zərər çəkib. O isə Ukrayna Daxili İşlər Nazirliyinin Krım ərazi komandanlığının xüsusi təyinatlı dəstəsinin sabiq komandir müavini olub.

“VÇK-OGPU” və “MK” “Telegram” kanalları isə digər zərərçəkənlərin adlarını sadalayıb. Bunlar 44 yaşlı Darya Karseladze, 41 yaşlı Sergey Şkryabatoski və 50 yaşlı İqor Antonenkodur.

İqor Antonenko: Moskvada, Minskdə və Rusiyanın bir çox şəhərlərində “Tom Farr” brendi altında geyim ticarəti ilə məşğul olan “Moda Life” şirkətinin həmtəsisçisidir.

Darya Karseladze: Belqorod şəhərində doğulub, 2014-cü ildən sahibkar kimi fəaliyyət göstərir. Bir sızma məlumatına görə, onun vəzifəsi landşaft dizayneridir.

Kanal yekunda qeyd edib ki, sözügedən şəxslər arasında kimliyi müəmmalı qalan və marağa səbəb olan şəxslərdən biri Sergey Şkryabatoskidir:

“O Ukrayna vətəndaşıdır, həm Rusiya, həm də Ukrayna pasportlarına sahibdir. Son illərdə Moskva yaxınlığında yerləşən Balaşixa qəsəbəsində yaşadığı deyilir. 2021-2023-cü illərdə fərdi sahibkar olub, sonra “Arbat” adlı xüsusi mühafizə şirkətini bir neçə ay idarə edib. 2013-2014-cü illərdə Yanukoviçin mühafizəçiləri arasında Şkryabatoskini bir neçə tədbirdə görüntülənib”.

Rafi Müslümov