Moskvadan Bakı və İrəvana: Sülhə tələsməyin

Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək:

“Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir:

“Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.