Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Moskvadan Bakıya “Aboszadə jesti”: “Bunun arxasında siyasi səbəblərin olduğunu...” – Arzu Nağıyev

Reklam: Sinerji Pro

“O şəxsin fəaliyyəti və Ermənistan xüsusi xidməti ilə əlaqəsi tam şəkildə sübuta yetirildiyinə görə belə bir addım atıldı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında separatçı “lider” Fəxrəddin Aboszadənin Rusiyadan Azərbaycana ekstradisiyasında siyasi amillərin rolu haqqında ehtimalları dəyərləndirən politoloq Arzu Nağıyev deyib.

Arzu Nağıyevin fikrincə, Aboszadənin Azərbaycana ekstradisiyasını siyasi səbəblərlə əlaqələndirmək üçün əsas yoxdur:

“Mən başa düşürəm ki, xüsusi xidmət orqanlarının təqdim etdiyi sübutlar və arqumentlər onun ekstradisiyasını həyata keçirmək üçün yetərli idi.

O şəxsin fəaliyyəti və Ermənistan xüsusi xidməti ilə əlaqəsi tam şəkildə sübuta yetirildiyinə görə belə bir addım atıldı.

Əks halda, bunu nə siyasət, nə də digər məsələlərlə əlaqələndirmək doğru olmazdı. Məhz buna görə də onun ekstradisiyası baş tutdu.

Yəni mən inanmıram ki, bu işin arxasında hər hansı siyasi səbəb olsun. Çünki siyasi səbəb olan məsələlərdə hansısa şəxsin ekstradisiyası mümkün görünmür.

Son vaxtlarda onun Ermənistan xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən bir internet kanalında etdiyi çıxışlarda milli münaqişələrin qızışdırılmasına və separatizmin təbliğinə geniş yer verilirdi.

O baxımdan, bu işin arxasında hər hansı siyasi səbəb olduğunu düşünmürəm”.

A.Zeynalov

www.yenicag.az

3450
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM