Ermənistana uçan “Boeing 737” təyyarəsi eniş şassisindəki problemə görə Moskvaya qayıdır.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi RİA Novosti-yə məlumat verib. O bildirib ki, İrəvana uçan “Boeing 737” təyyarəsinin ön şassisinin idarəetmə sensorunun işləməsi səbəbindən Şeremetyevo hava limanına qayıtmalı olub.
“İrəvana uçan “Boeing 737″ Şeremetyevo hava limanına qayıdır”, – agentliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, uçuş zamanı ön şassi idarəetmə nasazlığı sensoru işə düşüb.
Xuraman Etibarlı