Moskvadan Kiyevin mesajına REAKSİYA: “Ukraynanın irəli sürdüyü ilkin şərtlər…”

Rusiya Ukraynanın danışıqlara başlamaq üçün irəli sürdüyü ilkin şərtlərə münasibət bildirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Moskvanın bununla bağlı mövqeyini Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlayıb.

Qruşko bildirib ki, Ukraynanın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlər, o cümlədən qoşunların bu ölkədən tamamilə çıxarılması tələbi Rusiya tərəfindən qəbul edilə bilməz:

“Yox, bu şərtlər qəbuledilməzdir. Prezidentimiz dəfələrlə bəyan edib ki, Rusiya danışıqlara hazırdır. Ancaq bu danışıqlar yer üstündəki vəziyyətin nəzərə alınması şərtilə aparılmalıdır”.