Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Moskvanı “don vurdu” - Ölən və yaralananlar var

Rusiyada hökm sürən soyuq hava şəraiti əksər bölgələrdə olduğu kimi, paytaxt Moskvada da ciddi problemlər yaradıb.

Yenicag.az xəbər verir ki, Moskva hava limanlarında 120-dən çox reys ləğv edilib və ya gecikib.

Ölkə paytaxtında pis hava şəraitinin səbəb olduğu qəzada isə 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb. Bu barədə şəhər meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb:

“Təəssüf ki, dünənki təbii fəlakət qurbansız ötüşmədi. Ağacın və elektrikötürücü xəttin qırılması nəticəsində bir nəfər ölüb. Daha iki nəfər xəsarət alıb”.

Merin məlumatına görə, şəhərdə artıq 360 ağac aşıb. Şəhər rəisi bildirib ki, yaxın vaxtlarda Moskvada havanın yaxşılaşacağı gözlənilmir. Bazar günü Rusiya paytaxtında güclü qar gözlənilir və güclü külək saatda 20 km-ə çatacaq. Mer şəhər sakinlərinə ağaclardan və naqillərdən uzaq durmaq lazım olduğunu bildirib.

www.yenicag.az

1950
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM