!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək

!Reklam – Yazi

ae51d818-e3b9-4e6c-b3cb-2e95209eda8e_6402017-ci ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən “Jukovski” hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq.

Yenicag.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində “Ramport” (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib.

Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Tel-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb. “Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Tel-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək”, – deyə o bildirib.

Y. Solodilin əlavə edib ki, adıçəkilən hava limanından Türkiyəyə uçuşları “Pegasus” aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq.

Baş direktorun müavini bildirib ki, hazırda Macarıstanın “Wizz Air” şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.

Yenicag.az

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv