Makronun NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı yüksək səslə açıqlaması dünyada böyük əks-səda doğurub.
Yenicag.az xəbər verir ki, Fransa prezidentinin sözləri hətta Parisin yaxın müttəfiqləri arasında da kəskin tənqid edilib.
NATO ümumiyyətlə belə bir ssenarinin mümkünlüyünü inkar edib.
Ukraynanın ictimai-siyasi dairələri Yelisey sarayının təklifini münasibət bildirib.
Ukraynalı yazıçı, operator, jurnalist Sergey Martınyukun fikrincə, belə bir bəyanatı təkcə Makron deyil, digərləri də iki il əvvəl verməli idi.
Onun sözlərinə görə, dünya “irqçilərin cinayətlərini görür və dəvəquşu kimi başını qumda gizlədir”.
“Pislik cəzalandırılmalıdır. Bəzilərini qınamaq, göz yummaq mümkün deyil.
Moskvanın dəyişəcəyini düşünən adam axmaqdır. Ukrayna iki ildir ki, döyüşür və bütün dünyanı müdafiə edir. O, azadlığı, seçim hüququnu və demokratiyanı müdafiə edir.
Ukrayna Qərbə ruslardan qorxmamağı öyrətdi. Ukrayna bu müharibədə Rusiyanın əsl simasını göstərdi. Dünya niyə susur, anlamıram..?”, – Martınyuk fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı