Moskvanın üç hava limanında kütləvi ləngimələr oldu

Moskvanın üç hava limanında 46 təyyarənin uçuş vaxtında dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, Vnukovo hava limanında 11, Domodedovo hava limanında 25, eyni zamanda Şeremetyevo hava limanında altı reysin vaxtı təxirə salınıb.

Jukovski hava limanında isə qrafikdə pozuntular barədə məlumat yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.

Mənbə: TASS