Bu gün İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.
Yenicag.az-ın məlumatına görə, bunu bu gün Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.
O, terrorçular üzərində qələbəni elan edərək, bu münasibətlə əsgərləri və xalqı təbrik edib
Bununla da Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı başa çatıb.
Qeyd edək ki, şəhər 2014-cü ildən bəri terror qrupunun nəzarətində idi və ötən ilin oktyabrında burada hərbi əməliyyatlara start verilmişdi. Terror qrupu ərazidə tez-tez teraktlar törədirdi.