Mosulda iki kənd azad edildi – FOTO

Mosulun qərbində əməliyyatlara başlayan İraq ordusu, artıq İŞİDin nəzarətində olan iki kəndi azad edib. Şəhərin qərbi teror təşkilatının nəzarəti altındadır və artıq 3 aydır ki, İraq ordusu onları mühasirədə saxlayır.

İraq baş naziri Heydər əl-Abadi bildirib ki, artıq ordu Mosul aeroportuna doğru irəliləyib və ərazidəki iki kənd azad edilib. Əl-Abadinin sözlərinə görə, əməliyyatda əsas məqsəd yerli sakinləri terrorçulardan xilas etməkdir.

Yeniçağ.az