Mosulda partlayış: 5 ölü, 14 yaralı

Dünən İraqın ikinci böyük şəhəri Mosulda “Abu Layla” restoranı yaxınlığında park edilmiş avtomobil partladılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.