Reklam

Reklam

“Lenovo” şirkəti “Motorola”, “Vibe” və digər brendli smartfonların istehsalını dayandırır.

Yeniçağ.Az-ın “İKT.lent.az” -a istinadən məlumatına görə, bundan sonra cihazlar ancaq “Lenovo Moto” brendi ilə istehsal ediləcək. Bu barədə “Lenovo” şirkətinin mobil bölməsinin Qərbi Avropa regionu üzrə icraçı direktoru Aleksey Kloçkov bildirib.

2014-cü ildə “Lenovo” “Google”un bölməsi olan “Motorola Mobility” şirkətini satın alıb. Razılaşmanın qiyməti 2,91 milyard dollar təşkil edib.

“Lenovo”da iddia edirlər ki, Çin hesaba alınmasa, şirkət dünyanın smartfon bazarında dördüncü yeri tutur. Amma “Gartner” analitik şirkətinin məlumatlarına əsasən, şirkət dünya bazarının liderlər beşliyinə də daxil deyil.

Xatırladaq ki, 2016-cı ilin IV rübündə “Lenovo” bazara 431,5 milyon ədəd smartfon çıxarıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."