Motosiklet minik avtomobilinə çırpıldı – Ölən VAR

Sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ. İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən İ. Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.