Motosiklet qəza törətdi: ölən var

motNeftçala rayonunda “MT-1” markalı motosikletlə iki rayon sakini vurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 4-də saat 16 radələrində Neftçala rayonunun Xolqaraqaşlı kəndində kənd sakini Murad Şahpələngov idarə etdiyi “MT-1” markalı motosikletlə yolu keçən həmkəndliləri Güldəstə Zeynalovanı və Yeganə Təhməzovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Y.Təhməzova orada ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.